Главная > Cəmiyyət > Hakimiyyət milli maraqlarımızı müdafiə etmək iqtidarında deyil

Hakimiyyət milli maraqlarımızı müdafiə etmək iqtidarında deyil


22-01-2017, 17:37.

Rusiya XİN rəhbəri Sergey Lavrova Qarabağla bağlı sual verən və "Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabı alan jurnalist, Lider TV-nin Rusiya bürosunun müxbiri Anar Həsənovun verdiyi suala görə işdən qovulması sosial şəbəkədə müxtəlif aspektlərdən müzakirə edilir. AXCP sədri Əli Kərimli də feysbuk səhifəsində bu barədə yazıb. O, məsələyə tamam fərqli rakursdan yanaşıb. AXCP sədri yazır:

Fakt budur ki, Azərbaycan hakimiyyətini Rusiyanın Qarabağı ölkəmizin daxili işi saymaması deyil, xalqın bundan xəbər tutması narahat edib. Verdiyi sualla Lavrovun açıq danışmasına şərait yaratmış Anar Həsənovun işdən çıxarılmasına bu kontekstdən baxmaq lazımdır. Jurnalistin hansı televiziya kanalında işləməsi, onun işdən çıxarılmasına kimin ilk təşəbbüs göstərməsi, kimin sonda qərar verməsi isə detallardır, mahiyyətə fikir vermək lazımdır. Mahiyyət budur ki, hakimiyyət milli hüquqlarımızı beynəlxalq müstəvidə müdafiə etmək iqtidarında deyil, bütün imkanlarını xalqı aldatmağa səfərbər edib.

 


Вернуться назад