Главная > Siyasət > Türkiyə prezidentindən Tramp açıqlaması: “Tarixi səhv etsələr....”

Türkiyə prezidentindən Tramp açıqlaması: “Tarixi səhv etsələr....”


22-01-2017, 18:10.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifəyə başlayarkən etdiyi çıxışında körpü, dəmiryolu və magistral yollarla bağlı verdiyi vədlər soruşulub.

 

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Ərdoğan suala cavab olaraq bildirib ki, əvvəlcə Trampın Yaxın Şərqlə bağlı nə düşündüyünü bilməlidir.

 

Ərdoğanın açıqlamasında bu sözlər yer alıb:"İndi cənab Tramp bir çox açıqlamalar verir, biz də onu izləyirik. Körpü, dəmiryolu və sairdən əvvəl biz əlbəttə ki, onun Yaxın Şərqlə bağlı nə deyəcəyini gözləyirik. Yaxın Şərqlə bağlı bəzi məsələlər gəlib bizə çatıb. Doğrusu, bunlar bizi narahat edir. Biz bütov Yaxın Şərqin tərəfdarıyıq. Torpaqları parçalamaq həmin bölgənin xalqlarına hörmətsizlik olar”.

 

Ərdoğan Yaxın Şərqin ən böyük dövlətinin Türkiyə olduğunu deyib:"Trampa edəcəyimiz ziyarətdə onunla bütün mövzuları ələ alacayıq. Əlbəttə ki, Yaxın Şərqin ən böyük dövləti Türkiyədir. Buralarla uzaqdan-yaxından əlaqəsi olmayanlar durub, tarixi bir səhv etsələr, bu, məqsədəuyğun olmaz”.

 

Aygün SƏFƏRLİ, musavat.com


Вернуться назад