Главная > Region > Tovuz istiqamətində ermənilərə məxsus daha bir PUA məhv edildi

Tovuz istiqamətində ermənilərə məxsus daha bir PUA məhv edildi


22-01-2017, 15:55.

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

 

Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, bu gün gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

 


Вернуться назад