Главная > Aktual > Türkiyə Kommunist Partiyası siyasət meydanına qayıdır

Türkiyə Kommunist Partiyası siyasət meydanına qayıdır


22-01-2017, 17:14.

Türkiyə Kommunist Partiyasının 7 üzvünün çağırışından sonra minlərlə TKP üzvü bu gün yerli saatla 15:00-da bir araya gəlməyə hazırlaşır.

 

Musavat.com "Milliyət”ə istinadən xəbər verir ki, ötən il dekabrın 27-də partiyanın idarə heyəti tərəfindən edilən çağırışdan sonra bütün üzvlər İstanbul Haliç Kongre mərkəzində toplaşacaq.

 

Məlumata görə, tədbir TKP üzvlərindən başqa, digər insanlar tərəfindən də böyük maraqla qarşılanıb. Buna görə də iclasa çox sayda insanın qatılması gözlənilir.

 

Aygün SƏFƏRLİ, musavat.com


Вернуться назад