Главная > Ümumi > Əsəd istefa şərtini açıqladı

Əsəd istefa şərtini açıqladı


20-01-2017, 18:31.

Suriyada növbədənkənar prezident seçkisi müxalifətlə görüşdə müzakirə mövzusu olmayacaq.

Bunu Yaponiyanın TBS televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib.

"Prezidentin istefası və seçilməsi milli məsələdir və bu bütün suriyalılara aiddir. Ona görə də bu, müxalifətlə və ya hansısa başqa dövlətlə müzakirə edilmir. Bu, Suriyanın məsələsidir və konstitusiya ilə bağlıdır. Mən Suriya təhdidlərlə üzləşəndə qaçmamışam. Böhran zamanı dövlət başçısı hər şeyi əlinə alıb böhranı həll etməlidir. Yalnız böhrandan sonra o getmək və qalmaq istədiyini deyə bilər” – o bildirib.//axar.az

 


Вернуться назад