Главная > Aktual > İsveçrədə Türkiyə konsulluğuna hücum

İsveçrədə Türkiyə konsulluğuna hücum


19-01-2017, 09:44.

Türkiyənin Sürix şəhərindəki baş konsulluğu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

APA-nın məlumatına görə, bu barədə Sürix şəhər polisinin rəsmi saytı xəbər verib.

Naməlum şəxslər diplomatik missiyanı fişənglərdən atəşə tutub. Nəticədə binanın fasadına ziyan dəyib, şüşələri qırılıb.

İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

 


Вернуться назад