Главная > İqtisadiyyat > Lisenziya 180 dəfə bahalaşa bilər

Lisenziya 180 dəfə bahalaşa bilər


19-01-2017, 15:02.

Azərbaycanda sahibkarlıq fəaliyyətinə görə tələb olunan bəzi lisenziyaların alışı üçün dövlət rüsumunun artırılması təklif olunur.

Bu, Milli Məclisin İqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, mobil operatorların fəaliyyəti üçün lisenziyanın qiyməti 5,5 min manatdan bir milyon manatadək, dərman vasitələrinin topdansatışı üçün lisenziyanın qiyməti isə 2,25 min manatdan 20 min manatadək artırıla bilər.

 


Вернуться назад