Главная > Dünya > "Reina" terrorçusunun Türkiyədən qaçış planı bəlli oldu

"Reina" terrorçusunun Türkiyədən qaçış planı bəlli oldu


20-01-2017, 00:27.

"Reina" terrorçusu Əbdülqadir Maşaripovun Suriyanın Rakka şəhərinə qaçış planı bəlli olub.

İstintaq terrorçunun cinayət törətdiyi "Kalaşnikov" tipli silahın Konyadan göndərildiyini də aydınlaşdııb.

Maşaripovun İstanbulun Esenyurd səmtində yaşadığı evi kirayə götürən İŞİD üzvü Əli Camal Məhəmmədin ifadəsinə görə, "Reina" teraktçısı yaşadığı ünvandan Silivriyə, daha sonra isə Dardanelə gedəcəkdi. Onun Dardaneldə bir gün qaldıqdan sonra İzmirə, sonra Hataya, daha sonra isə Suriyanın Rakka şəhərinə keçməyi planlaşdırdığı təsdiq edilib.

Qeyd edək ki, terrorçu 16 yanvarda yaxalanıb.

 


Вернуться назад