Главная > Siyasət > Bolqarıstan prezidentinin andiçmə mərasimi keçirilib

Bolqarıstan prezidentinin andiçmə mərasimi keçirilib


19-01-2017, 18:10.

Bolqarıstan prezidenti Rumen Radevin və vitse-prezident İliana Yotovanın ölkə parlamenti qarşısında andiçmə mərasimi keçirilib.

 

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, yeni dövlət başçısının inauqurasiyası isə yanvarın 22-nə təyin olunub.

 

Andiçmə mərasimində keçmiş prezident Rosen Plevneliev, sabiq vitse-prezident Marqarita Popova, parlament üzvləri, Bolqarıstanın baş naziri vəzifəsini icra edən Boyko Borisov, patriarx Neofit, Konstitutsiya Məhkəməsinin üzvləri və diplomatlar iştirak ediblər.

 

Andiçmə mərasimi "BNT" telekanalı vasitəsilə canlı yayımlanıb.


Вернуться назад