Главная > Araşdırma > Ən çox İŞİD-çi Avropanın bu ölkəsindən çıxıb

Ən çox İŞİD-çi Avropanın bu ölkəsindən çıxıb


19-01-2017, 17:16.

Suriya və İraqda İŞİD sarılarında döyüşmüş 200 nəfər Fransaya qayıdıb.

 

Avropa.info xəbər verir ki, bu barədə "Le Figaro” qəzetinə Terrorizmlə Koordinasiyalı Mübarizə Qrupunun (UCLAT) sədri Loik Qarnye danışıb. Onun sözlərinə görə, bu vətəndaşlar ölkə təhlükəsizliyi üçün böyük təhdid təşkil edirlər.

 

Fransa hakimiyyət orqanlarının ehtimallarına görə hal-hazırda Suriya və İraqda İŞİD sıralarında 700 Fransa vətəndaşı var. Onlardan 232 nəfəri aktiv hərbi əməliyyatlarda iştirak edir.

 

Loik Qarenye deyib ki, Suriya və İraqda döyüşən Avropa ölkələri vətəndaşlarının sayı üç min nəfərə çatır. İŞİD üzvü ən çox avropalı isə Belçikadan çıxıb.


Вернуться назад