Главная > Aktual > Rusiya vətəndaşları xarici pasport olmadan Ermənistana səfər edə biləcəklər

Rusiya vətəndaşları xarici pasport olmadan Ermənistana səfər edə biləcəklər


19-01-2017, 17:24.

Rusiya vətəndaşları xarici pasport olmadan Ermənistana səfər edə biləcəklər.

 

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.

 

O bildirib ki, Ermənistan hökuməti dövlətlərarası razılaşmanı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün hər iki ölkənin xarici işlər nazirlikləri layihənin təsdiqi barədə bir-birinə xəbər verməlidir. Müvafiq işlərin bu ilin yayınadək yekunlaşacağı gözlənilir.


Вернуться назад