Главная > GÜNDƏM > Misir mediası: Qarabağda hərbi əməliyyatlar başlaya bilər

Misir mediası: Qarabağda hərbi əməliyyatlar başlaya bilər


18-01-2017, 22:05.

Misirin "Masr əl-arabiyyə” qəzetində Ermənistan ordusunun bölmələrinin keçən ilin aprel və dekabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində törətdikləri təxribatlardan bəhs edən məqalə dərc edilib.

Jurnalist Əymən əl-Əmin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobudcasına pozulmasının təhlükəli miqyas aldığına diqqəti cəlb edib. Bildirib ki, bu kimi hallar genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara bilər.

AzərTac-ın yaydığı məlumatlardan da istifadə edən müəllif Ermənistanın bu təxribatları ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istədiyini, lakin uğursuzluğa düçar olduğunu bildirir. Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə regionda təhlükəsizliyə təhdidin qaldığı qeyd edilir.

 


Вернуться назад