Главная > Region > Gəncədə 27 yaşlı oğlan özünü asıb

Gəncədə 27 yaşlı oğlan özünü asıb


18-01-2017, 20:52.

Gəncədə intihar hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Elvin Fərman oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 


Вернуться назад