Главная > Region > Acınacaqlı vəziyyətə düşən Neftçala

Acınacaqlı vəziyyətə düşən Neftçala


25-12-2015, 18:57.

20130805071929!Neftçala_giriş

Manatın devalvasiyasından sonra ölkədə çətin vəziyyət yaranıb. Əksər mağazalar alveri dayandırıb, satış həyata keçirənlər isə qiymətləri qaldırıb.Neftçala rayonunda vəziyyət acınacaqlı haldadır. 

Nia.az xəbər verir ki, rayonda yaranan qıtlıq və bahalıq insanları çıxılmaz duruma salıb və o səbəbdən də yerli sakinlər etirazlarını dillərinə gətirməyə başlayıblar.

Rayonunda  bahalıq səbəbindən əhali ilə dükan sahibləri arasında artıq ilk toqquşmalar yaşanıb. Neftçala rayon sakinləri qiymətlərin rəsmi olaraq dəyişmədiyini və yeni qiymətlər gələnə qədər köhnə məzənnə ilə satışları davam etdirmələrini istəyiblər.

Neftçala rayonunun kəndlərində vəziyyət isə daha acınacaqlıdı. Kəndlərdə yerləşən mağazaların əksəriyyəti bağlanıb. Satıcılar qiymətlərin rəsmən bahalaşmasını gözləyir ki, ondan sonra əllərində olan məhsulları baha qiymətə satsınlar.

Rayonda qiymət artımına qarşı heç bir tədbir görülmür.(NİA.AZ)

Uluyol.info olaraq Neftçala rayonunda devalvasiyadan sonra ki,vəziyyəti araşdırmaq üçün yerli mənbələrdən öyrəndiyimiz " bu rayonda satış obyektlərinə obyektiv yanaşma yoxdur.Kim hansı qiymətdə istəyir məhsulun satır,qiymət qalxan günün axşamından dükanlarda qiymətlər birdən qalxdı.Hansı ki,dükanda olan məhsullar devalvasiyadan əvvəl gətirilib.Bəzi məhsullar hətta 80-90 faiz qalxma müşahidə olunur".

Məsələ diqqətimizdədi,paytaxta qiymət artımının qarşısın alınması üçün müəyyən adiyyatı orqanlar məışğul olur.Amma regionlarda vəziyyət fərqlidir.Növbəti gündən regionlarda baş verən qiymət artımı ilə əlaqədar oxucularımıza məlumat verəcik.

ULUYOL.İNFO


Вернуться назад