Главная > Mövqe > Poroşenko: “Trampla görüş barədə razılığa gəldik”

Poroşenko: “Trampla görüş barədə razılığa gəldik”


17-01-2017, 21:11.

Ukrayna prezidenti Pyotr Poroşenko Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-a səfər edərək onunla görüşəcəyini bildirib.

 

APA-nın xəbərinə görə, P. Poroşenko bunu "Bloomberg"ə müsahibəsində deyib. O, bu barədə Trampla razılığa gəldiklərini söyləyib: "Mən seçkidən sonra Trampa telefon edən ilk liderlərdən biri oldum. Biz görüş barədə razılığa gəldik”.

 

P. Poroşenkonun sözlərinə görə, Rusiyaya tətbiq olunmuş sanksiyalar yalnız o vaxt götürülə bilər ki, bu ölkə öz qoşunlarını Ukraynadan çıxarsın və Ukrayna ərazilərinin işğalına son qoysun.


Вернуться назад