Главная > İdman > Tanınmış futbolçu bir şərhə görə 40 min £ cərimələndi

Tanınmış futbolçu bir şərhə görə 40 min £ cərimələndi


17-01-2017, 20:42.

"Mançester Siti" klubunun futbolçusu Bakari Sanya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunub.

 

Trend-in məlumatına görə, bu barədə FA xəbər yayıb.

 

B.Sanyanın cərimələnməsinə səbəb futbolçunun "Bernli" komandası üzərində qələbədən sonra "İnstaqram"da şərh yazması olub:

 

"10 nəfər 12 nəfərə qarşı. Amma komanda kimi mübarizə apardıq və qalib gəldik".

 

Federasiya bunu hakimlərin əleyhinə yazılan şərh kimi dəyərləndirilib.

 

Qeyd edək ki, yanvarın 2-də İngiltərə çempionatının 20-ci turunda "Mançester Siti" - "Bernli matçının (2:1) 31-ci dəqiqəsində hakim "şəhərlilər"in braziliyalı yarımmüdafiəçisi Fernandinyonu meydandan kənarlaşdırıb.


Вернуться назад