Главная > Siyasət > Lavrov və Zərif arasında telefon danışığı olub

Lavrov və Zərif arasında telefon danışığı olub


16-01-2017, 23:47.
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Məlumata görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Suriyadakı vəziyyət və Astanada keçiriləcək Suriya üzrə danışıqları müzakirə ediblər.

"Söhbət zamanı Suriyada və onun ətrafında cərəyan edən proseslərə toxunulub. Nazirlər Astanada keçiriləcəyi nəzərdə tutulan görüş ərəfəsində koordinasiya məsələlərinin önəmini vurğulayıblar.  Lavrov və Zərif həmçinin Rusiya-İran ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar”, - məlumatda deyilir. //virtualaz.org


Вернуться назад