Главная > Cəmiyyət > Lənkəranskinin 5 metrlik abidəsi Hindistandan Bakıya gətirildi

Lənkəranskinin 5 metrlik abidəsi Hindistandan Bakıya gətirildi


16-01-2017, 13:28.

Azərbaycanlı "qanuni oğru”, İstanbulda öldürülən Rövşən Lənkəranskinin məzarüstü abidəsi artıq hazırdır.

Uluyol.info-nun cebhe.info-ya istinadla verdiyi məlumata görə, artıq Rövşən Lənkəranskinin Hindistanda hazırlanan məzarüstü abidəsi əvvəlcə Türkiyəyə, ordan isə Azərbaycana gətirilib.

Heykəl-abidənin hündürlüyü 5 metrə qədərdir. Məlumatda o da bildirilir ki, hazırda heykəl Binəqədidə məzarüstü abidələr hazırlayan sexdə saxlanılır və üzərində son tamamlama işləri aparılır.

Qeyd edək ki, məzarüstü abidənin əsas hissəsi Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Hindistanda hazırlanıb.

 

Uluyol.info


Вернуться назад