Главная > Aktual > ABŞ hökuməti məşhur reytinq şirkətini cəzalandırdı

ABŞ hökuməti məşhur reytinq şirkətini cəzalandırdı


16-01-2017, 20:39.

ABŞ hökuməti "Mudis” şirkətini cərimə edib.

 

Axar.az xəbər verir ki, şirkət ABŞ Ədliyyə Nazirliyinə, Kolumbiya Federal Dairəsinə və 21 Amerika ştatına 864 milyon dollar ödəyəcək. Hökumətin belə addım atmasına səbəb "Mudis”in daşınmaz əmlak bazarındakı çöküş və 2008-ci il maliyyə böhranından əvvəl borc öhdəliklərinin reytinqini dərc etməsi olub.

 

Hökumətin qərarı ilə razılaşan "Mudis” şirkəti isə özünün dərc etdiyi reytinqlərin obyektiv olduğunu bildirib.


Вернуться назад