Главная > Dünya > Müxalifət prezidentə qarşı savaşa başladı

Müxalifət prezidentə qarşı savaşa başladı


16-01-2017, 20:58.

Moldova Liberal Partiyası Prezident İqor Dodonun istefası ilə bağlı parlamentdə təşəbbüslə çıxış edəcək.

 

Bunu jurnalistlərə açıqlamasında partiya lideri Mixay Qimpu söyləyib.

 

O, Dodonun Moldova konstitusiyasını pozduğunu bildirib:

 

"Dodon Dnestryanı lideri Vadim Krasnoselskini prezident seçilməsi münasibəti ilə təbrik edib. Bununla da prezident Moldova konstitusiyasını pozub. Prezident bununla həm də qondarma respublikanı tanımış olub. Biz prezidentin istefa prosesinin başladılması üçün 34 imza toplamaq istəyirik. Əgər parlament Dodonu istefaya göndərsə, bu məsələ referenduma çıxarılacaq”.

 

Qeyd edək ki, Dodon rusiyayönlü siyasətçidir. O, Moldovanın Avropa Birliyi əvəzinə Avrasiya İttifaqı yönündə irəliləməsini istəyir.

 

Dodon hazırda Rusiyada səfərdədir. Onun səfəri yanvarın 18-nə qədər davam edəcək.//axar.az


Вернуться назад