Главная > Araşdırma > Samir Şərifov işçisi ilə bacarmır...- 10 saylı Regional Maliyyə İdarəsi icra nümayəndəsindən haqq tələb edir?

Samir Şərifov işçisi ilə bacarmır...- 10 saylı Regional Maliyyə İdarəsi icra nümayəndəsindən haqq tələb edir?


15-01-2017, 20:29.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsinin apardığı yoxlamaların heç də fayda vermədiyi barədə çeşidli yazılar dərc etmişik.

Sonolay.org olaraq dəfələrlə yazımızda qeyd etmişik ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsinin məktəblərdə, idarə və müəssisələrdə apardığı yoxlamalar zamanı aşkar edilmiş korrupsiya hüquqpozmaları qabardılmır, əksinə hər vəchlə ört-bastır edilir. Bununda özəl səbəbləri var. Aparılan yoxlamalar zamanı aşkar edilmiş korrupsiya hüquqpozmaları 10 saylı Regional Maliyyə İdarəsi tərəfindən o vaxt aşkara çıxarılır ki, artıq aşkarlanmış maliyyə pozuntusu ictimailəşir və ya hansısa qrumlar tərəfindən nəzarətə götürülür. Bu hallar olmadıqda Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsi aşkar etmiş olduğu maliyyə pozuntusunun üstünün ört-bastır olunmasında maraqlı tərəf olur. Bu da fəaliyyətində maliyyə yeyintisi aşkarlanmış idarə və müəssisə rəhbərlərinə heç də havayı başa gəlmir. Bunun üçün də yoxlama aparan maliyyə idarəsinin müffətişləri idarə müdirindən haqq tələb edir.

Samir Şərifov işçisi ilə bacarmır...- 10 saylı Regional Maliyyə İdarəsi icra nümayəndəsindən haqq tələb edir?

 

Bir müddət əvvəl Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsi tərəfindən Ağcabədi rayon məktəblərində yoxlama aparılırdı. Aparılıan yoxlamalar zamanı ciddi maliyyə pozuntusuna yol verildiyi vaktı aşkarlansa da, maliyyə idarəsi korrupsiya cinayəti barədə prokurorluq orqanlarına məlumat verməməkdə isasrlı idi. Lakin, Ağcabədi məktəblərində aşkarlanmış korrupsiya hüquqpozmaları barədə Sonolay.org saytı olaraq çeşidli məqalələr dərc etmişdik.Və yazdıqlarımızdan dolayı Ağcabədi məktəblərində aşkarlanmış korrupsiya hüquqpozmaları araşdırılması üçün rəsmiyyətə uyğun qaydada Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmişdir. Baş prokurorluğa etdiyimiz müraciətimizdən sonra Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsi aşkarlamış olduğu maliyyə pozuntularını ört-bastır edə bilməmişdir. Son nəticədə, Ağcabədi rayon Təhsil Şöbəsində 897 min manat dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilərək Azərbaycan Respublikasına göndərilmiş, faktla bağlı Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov işdən azad edilərək barəsində Karrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmışdır.


Samir Şərifov işçisi ilə bacarmır...- 10 saylı Regional Maliyyə İdarəsi icra nümayəndəsindən haqq tələb edir?


Beyləqandan Sonolay.org-a verilən məlumatlarda vurğulanır ki, Ağcabədi rayonunda yerləşən Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsi Beyləqan rayon «Yeni Mil» ərazi nümayəndəliyində 8 ilin yekunlarına dair maliyyə yoxlamaları aparıb. Mənbəmiz iddia edir ki, aparılan maliyyə yoxlamalar zamanı ciddi maliyyə pozuntu halları aşkarlanıb. Lakin təftiş komissiyası tərəfindən aşkar edilmiş ciddi nöqsanlar və maliyyə pozuntuları heç də protokollaşdırılmayıb. Əksinə, ört-bastır edilib. Mənbəmiz iddia edir ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdrarsinin təftiş komissiyası yoxlamalar zamanı aşkarlamış nöqsanların üzərini ört-bastır etməsi və prokurorluğa göndərməməsi üçün icra nümayəndəsindən 15.000 min manat haqq tələb edib. İcra nümayəndəsi tələb olunan pulu ünvana çatdırması üçün Ağcabədi rayonuna -Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdrarsinə gedərkən yolda avtoqəzaya düşərək xəsarət alıb. Hazırda icra nümayəndəsinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

P.S.Bütün bu proseslərin başında və müfəttişlərin hardasa yoxlama zamanı yüksək məbləğdə pul tələb etmələri bəlkədə Samir Şərifovun tapşırığı əsasında baş verir.

Bizi izləyin! Mövzuya qayıdacağıq...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq


Вернуться назад