Главная > Aktual > Mosulu məcburi tərk edənlərin sayı 150 min nəfərə çatır

Mosulu məcburi tərk edənlərin sayı 150 min nəfərə çatır


15-01-2017, 16:53.

Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 150 min nəfərə çatır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

 

Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb. Beynəlxalq Miqrasiya Təşkilatı indiyə qədər şəhəri 148 min nəfərin tərk etdiyini açıqlayıb. Təkcə son həftə ərzində 12 min nəfərdən çox insan Mosulu məcburi tərk edib.


Вернуться назад