Главная > Ümumi > ABŞ İraqa minlərlə əsgər göndərdi

ABŞ İraqa minlərlə əsgər göndərdi


14-01-2017, 22:09.

ABŞ hökuməti bir neçə gün əvvəl İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığındakı Ayn əl-Əsəd hərbi bazasına 4 min hərbçi yerləşdirib.

 

Axar.az xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat yayıb.

 

Ayn əl-Əsədlə yanaşı, Cəbbaniyə və Teqaddüm hərbi bazalarına da əsgərlərin yerləşdiyi vurğulanıb.

 

Qarşıdakı günlərdə isə daha çox amerikalı hərbçinin İraqa göndəriləcəyi də bildirilib.

 

Qeyd edək ki, hazırda İraqda 5 min ABŞ əsgəri xidmət keçir.


Вернуться назад