Главная > Mövqe > Sorğu: Amerikalıların 82%-i Rusiyanı ABŞ üçün təhlükə hesab edir

Sorğu: Amerikalıların 82%-i Rusiyanı ABŞ üçün təhlükə hesab edir


14-01-2017, 14:26.

"Amerikalıların təxminən 82%-i Rusiyanı ABŞ üçün təhlükə hesab edir".

 

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Ipsos" beynəlxalq sosioloji mərkəzi ilə "Reuters" agentliyinin birgə keçirdiyi sorğuda bildirilib.

 

Sənədə əsasən, Rusiyanı təhlükə kimi görən amerikaların sayı son bir ildə 6% artıb.

Bundan başqa, ölkə vətəndaşlarının əksəriyyəti Çin və Səudiyyə Ərəbistanından daha çox Rusiyadan çəkinir.

 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Milli Kəşfiyyatının analitikləri dövlətlərarası münaqişələrin yaranma riskinin "soyuq müharibə"dən sonra ən yüksək səviyyədə olduğunu açıqlayıblar.


Вернуться назад