Главная > Maraqlı > Tramp üçün xüsusi avtomobil hazırlanıb - FOTO

Tramp üçün xüsusi avtomobil hazırlanıb - FOTO


13-01-2017, 22:45.

"General Motors” şirkətinin Amerikanın xüsusi xidmət orqanları ilə birlikdə hazırladığı yeni limuzin "Cadillac” prezident Donald Trampın təhlükəzisliyinin təmin olunması üçün ən yeni texnologiya ilə təchiz olunub.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, iki il boyunca üzərində iş gedən "Cadillac Monster 2” 20 santimetrlik güllə keçirməz qatla örtülüb, avtomobildə gözyaşardıcı qaz püskürülməsi üçün toplar, qan ehtiyatı balonları və süni həyat təminatı olacaq.

 

ABŞ KİV-lərinin məlumatına görə, yeni prezident limuzini Donald Trampın inauqurasiyası günü ictimaiyyətə təqdim olunacaq.



Вернуться назад