Главная > GÜNDƏM > Düçüncə Mərkəzi seçki məsələsini müzakirə etdi

Düçüncə Mərkəzi seçki məsələsini müzakirə etdi


16-10-2015, 23:21.
msdm

Tədbirdə çıxış edənlər, o cümlədən Müsavat partiyasının başqanı Arif Hacılı, yazar Mehriban Vəzir, istiqlalçı millət vəkili İskəndər Həmidov, hüquqşünas Vaqif Hacıbəyli, Müsavat partiyasının Mərkəzi aparatının rəhbəri Gülağa Aslanlı və digərləri hakimiyyətin seçki saxtakarlığı,  bu ilki seçkilərin Əliyev rejimi dönəmində keçirilən digər seçkilərlə ortaq və fərqli cəhətləri,  cəmiyyətdə və demokratik düşərgədə seçkiyə münasibət, Müsavat, REAL və NİDA təşkilatlarının seçkidə fəal iştirakı,  beynəlxalq birliyin mövqeyi və başqa önəmli məqamlarla bağlı fikirlərini bölüşüblər. Tədbirin sonunda MSDM sədri İsa Qəmbər çıxış edib.

Maraqlı keçən müzakirələrdən sonra tədbir iştirakçılarının əksəriyyətinin razılaşdığı bir neçətezis xüsusi qeyd edilib:

1) Seçkilərdə iştirak etməyən ictimai-siyasi təşkilatların mövqeyinə hörmətlə yanaşılsa da,  siyasi missiya daşıyıcısı olan partiyaların, demokratik qüvvələrin avanqardı roluna iddia edən qüvvələrin seçkidə iştirak etməsinin daha məntiqli olması;

2) Məhz müxalifətin seçkidə fəal iştirakı nəticəsində normal şəraitdə uduzacağını dərk edən rejimin seçki saxtakarlığına, total qanun pozuntusuna getməyə məcbur olması və özünü ifşa etməsi;

3) Demokratik düşərgə daxilində qarşıdurma yaratmağın yolverilməzliyi və seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq bütün müxalifət qüvvələrinin öz enerji və potensialını rejiməqarşı mübarizəyə yönəltməsinin zəruriliyi;

4) Beynəlxaql birliyin ölkəmizdə keçirilən seçkilərə prinsipial və obyektiv qiymət verməsi vəsonrakı mərhələdə  bundan irəli gələn addımları atması üçün seçkilərin total saxtalaşdırılmasını sadəcə sözlə deyil, iştirak və müşahidə nəticəsində əldə edilmiş faktlar və arqumentlərlə sübut edilməsinin önəmi;

5) Bütün bunlarla yanaşı ölkəmizdə köklü demokratik dəyişikliklərin məhz cəmiyyətin fəallaşdırılmasından, vətəndaş məsuliyyətinin kütləvi şəkildə dərk edilməsindən keçdiyi üçün demokratik qüvvələrin fəaliyyətində bu hədəflərin prioritet təşkil etməsi.

msdm2
Вернуться назад