Главная > GÜNDƏM > Təbrizdə tunel çöküb, ölən və xəsarət alanlar var

Təbrizdə tunel çöküb, ölən və xəsarət alanlar var


13-01-2017, 22:18.
Təbrizdə tunelin çökməsi nəticəsində 3 nəfər ölüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, insident Təbrizin Xaqani küçəsində baş verib.

 

Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

 

Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi elektrik enerjisi ilə təmin etmək üçün 500 meqavatlıq elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.

 



Вернуться назад