Главная > Aktual > Bakıda vəhhabilərə aid mədrəsə aşkarlanıb

Bakıda vəhhabilərə aid mədrəsə aşkarlanıb


13-01-2017, 17:17.

Bu gün Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbayel rayon İcra Hakimiyyəti birgə əməliyyat keçirib.

Lent.az-ın məlumatına görə, Səbayel rayonunun Badamdar qəsəbəsi, 3-cü massiv ərazisində vəhhabi təriqətinə mənsub şəxslərin inşa etdirdiyi və qanunsuz fəaliyyət göstərən məscid-mədrəsə aşkarlanıb.

Məscid-mədrəsənin Telman Kazımov adlı şəxsə məxsus olduğu məlum olub. Burada 15 nəfərin yaşaması və gecələməsi üçün bütün şərait mövcuddur.


Вернуться назад