Главная > Problem > Prezidentin pambıqçılığın inkişafı ilə bağlı sərəncamı sabotaj olunur

Prezidentin pambıqçılığın inkişafı ilə bağlı sərəncamı sabotaj olunur


13-01-2017, 16:54.

Saatlı rayonunda pambıqçılıqla məşğul olan fermerlərə ciddi problemlər yaradılır.

Belə ki, Cts-Agro MMC şirkəti 2015-ci ildə olduğu kimi yenə də fermerlərlə müqavilə şərtlərini pozur. Pambıq sahələri ötən ilin noyabr-dekabr aylarında şumlanmalı olduğu halda şirkət hələ də fermerlərə nə vəsait, nə də yanacaq verib.

Həmçinin ötən il yığılan 20 sentnerdən artıq pambığın hər tonuna görə dekabrda verilməli olan 15 manat mükafat da verilməyib.

"Azadlıq.info”ya müraciət edən fermerler bütün bunların məhsuldarlığın aşağı düşəcəyinə səbəb olacağını deyir. Bütün bunlara görə günahkar Cts-Agro MMC olsa da, yenə də məsuliyyət fermerlərin üzərində qalacaq.


Вернуться назад