Главная > Cəmiyyət > Bakıda məşhur supermarketlər şəbəkəsi bağlandı

Bakıda məşhur supermarketlər şəbəkəsi bağlandı


13-01-2017, 20:31.

Bakıdakı məşhur "Lider-AS” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.

Uluyol.info Report-a istinadən xəbər verir ki ki, artıq bir neçə gündür şəbəkənin marketləri işləmir.

Marketlərdə olan mallar isə başqa yerlərə daşınır.

Faktı report-a təsdiqləyən "Lider-AS” supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb.

O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb: "Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb”.

İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub.


Вернуться назад