Главная > Cəmiyyət > Akif İslamzadə: “Siz ona güləcəksiniz...”

Akif İslamzadə: “Siz ona güləcəksiniz...”


24-12-2015, 21:40.

 

İndiki müğənnilərin heç biri xalq mahnısı oxuya bilməz.

 

Bu sözləri xalq artisti Akif İslamzadə çağdaş müğənnilərin daha çox xarici mahnılar oxuması haqda Axar.az-a danışarkən deyib. Xalq artisti "O səs Türkiyə”nin qalibi Elnur Hüseynovu da ittiham edib:

 

"Əlbəttə, hamı istəyər ki, onun dinləyicilərinin sayı 10 milyon yox, 90 milyon olsun. Ona görə də müğənnilərin çoxu Türkiyəyə üz tutur, amma tanına bilmirlər. Çünki sənin xaricdə tanınmağın üçün əvvəlcə öz dilində mahnı oxumağı bacarmağın lazımdır. Dünyada ən çətin mahnılar Azərbaycan xalq mahnılarıdır. Siz istənilən müğənniyə, lap xalq artistlərinə "Bir xalq mahnısı oxu” deyin; elə oxuyacaq ki, siz ona güləcəksiniz. Elnur Hüseynov getdi Türkiyəyə, böyük səs-küy yaratdı, sonra isə batdı. Çünki o öz dilində mahnı oxumağı bacarmır”.


Вернуться назад