Главная > GÜNDƏM > Türkiyə Ali Təhsil Şurası Qafqaz Universiteti məzunlarının diplomlarının tanınmaması məsələsinə aydınlıq gətirib

Türkiyə Ali Təhsil Şurası Qafqaz Universiteti məzunlarının diplomlarının tanınmaması məsələsinə aydınlıq gətirib


13-01-2017, 18:22.

2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, 12 yanvar 2017-ci il tarixində "Yeni Şafak" qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.

 

"Xəbərdə qeyd olunan məsələ Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) ilə dəqiqləşdirilib. YÖK-dən verilən məlumata görə, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq", - deyə məlumatda bildirilir.


Вернуться назад