Главная > Araşdırma > Kasıblar üçün qapıları təpiklə açan “tacsız oğru”: Bakı məzarlığındakı məzarı üstündə “sxodka”? - REPORTAJ
Kasıblar üçün qapıları təpiklə açan “tacsız oğru”: Bakı məzarlığındakı məzarı üstündə “sxodka”? - REPORTAJ13-01-2017, 12:06. |
Bir çoxlarının maraq dairəsində olan "qanuni oğru”larla bağlı layihəmizi davam etdiririk. Əvvəlki yazılarımızda Bakıdakı Keşlə məzarlığında kriminal avtoritetlərin məzarları barədə məumatları təqdim etmişdik. Bu dəfə isə növbədə Yaşardır. Söhbət kriminal aləmdə "Yaşka” kimi tanınan şəxsdən gedir. Məzarlığa arxa qapıdan gəldiyimiz üçün onun məzarını görməmişdik. Bəlkə də axtaran vaxt yanından da keçmişdik, amma görməmişdik. Ötən reportajlardan da bildiyiniz kimi Ağa Bakinski və ardınca "Zerkalo" Klaradan sonra qəbiristanlıq mollası daha bir "qanuni oğru"nun bu qəbiristanlıqda olduğunu demişdi. Keşlə qəbiristanlığının əsas giriş qapısının (darvazası) önünə gəldik. Başında qara mərmərdən yonulmuş tac olan məzarı göstərib molla sözə başladı: "Bu da Yaşardı, "oğru"lar ona "Yaşqa" deyirdilər. Təzəlikcə rəhmətə gedib". Molla söhbət etdikcə məzarın sağına-soluna keçib 4-5 şəkil çəkdim. -Bilirsən necədir, indi belə oğlanlar yoxdur demək olar ki, (ovucunda siqaret qutusunu sıxıb, barmağını məzara tərəf uzatdı) olanda da ölkədən qaçıb gedirlər. Çünki burda "dvijeniya" eləmək olmur. Varlılar elə qorunurlar ki, elə mühafizə olunurlar ki, orta əsrlərin şahzadələri kimidirlər. Bir bitini də oğurlaya bilmirlər. Ya da gərək silah işlədəsən onda da, ölkədə qırğın olar. Kriminala dönər ölkəmiz. Alınmır. İndi ancaq hamı kasıbdan oğurlayır. Çünki kasıb bu ölkədə heç kimdi. Gördüm söhbət məcrasından çıxdı, az daha dayansaq parlament seçkilərindən danışacağıq, tez söhbəti mətləbə gətirdim. - Yaşar haqqında nə bilirsiniz? - Bəs niyə rəhmətliyin məzarında tac var? Ona tac qoyulmamışdı ki? - Kimsə gəlirmi onun məzarına? - Kimlər gəlir? - Məlumatlı adamsan, bilməmiş olmazsan. Ailəli adam necə oğru olur, ad qazanır? - Burda xeyli kriminallar var. Yəqin ki, bilirsiniz belə yerlər əsl "sxodka" yeridir. Heç olubmu bu qəbiristanlıqda? - Bir "kitab" da Yaşar üçün oxuyun, mən yavaş-yavaş gedim, işə gecikirəm. Xoş oldu gəldim, sizi tanıdım, söhbətləşdik. Sağollaşıb, təkrar başqa kriminalların bu qəbiristanlıqda olub-olmadığını soruşdum, olmadığından əmin olduqdan sonra qəbiristanlığı tərk etdim... Rövşən Əsədov, cebhe.info Вернуться назад |