Главная > Araşdırma > Azərbaycanlı milyarder ermənilərlə iş birliyi qurub - təfsilat

Azərbaycanlı milyarder ermənilərlə iş birliyi qurub - təfsilat


9-01-2017, 23:00.

"Trans Broker” MMC-nin sahibi, işgüzar çevrələrdə "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun erməni iş adamları ilə sıx işgüzar münasibətlər qurub. Bu barədə istiqlal.az-a mötəbər mənbələrdən məlumat daxil olub.

 

Mənbənin məlumatına görə, Ə.Məlikov biznesinin bir hissəsini Gürcüstana köçürüb: "Tiflisdə Ə.Məlikov erməni iş adamları ilə şərikli biznes qurub. Eyni zamanda Ə.Məlikovun üçüncü şirkət vasitəsi ilə Ermənistandan müəyyən məhsulları ixrac və idxal edir. Əvəzində Tiflisin erməni icması Ə.Məlikovun biznesinin təhlükəsizliyinə təminat verib. Hətta Ə.Məlikovun ermənilərlə qohumluq münasibətində olmsı ilə bağlı da məlumatlar var”.

 

Ə.Məlikovun rəhbərlik etdiyi "Trans Broker” MMC 2006-cı ildə işə başlayıb. "Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Məcəllədə göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. Ancaq "Trans Broker” MMC səlahiyyət həddini aşaraq sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edirdi.

 

Az sonra isə "Trans Broker” MMC alternativ gömrük xidmətinə çevrilir. Məsələn, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəsin yük maşınlarını açmaq səlahiyyəti olmayıb. Bu hal 2015-ci ilin sonunacan davam edib. Müqayisə üçün deyək ki, cəmi gömrük sisteminin 2700 nəfər əməkdaşı varsa, "Trans Broker” MMC-nin 5 min işçisi olub.

 

Ə.Məlikov ötən ilin əvvəlində biznesinin böyük hissəsini Moskvaya köçürür. Hazırda Ə.Məlikov "Trans Broker” MMC-də işini davam etdirir. Düzdür, əvvəlki statusda yox, gömrük qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada. Ancaq yenidən imtiyazlı bizneslə məşğul olmaqda davam edir. Hazırda avtomobil hissələrinin idxalı və kərə yağları idxalı onun patronajlığı altındadır.

 

Uluyol.info

 


Вернуться назад