Главная > İqtisadiyyat > Dünyanın ümumi borcu rekord səviyyəyə çatdı

Dünyanın ümumi borcu rekord səviyyəyə çatdı


9-01-2017, 21:31.

Keçən ilin 3 rübü ərzində dünya ölkələrinin ümumi borcu 11 trilyon dollar artıb.

 

Axar.az xəbər verir ki, bu barədə informasiya Beynəlxalq Maliyyə İnstitutunun hesabatında yer alıb. Təşkilat keçən il dünya ölkələrinin ümumi borcunun rekord səviyyəyə - 217 trilyon dollara çatdığını bildirib. Hesabata əsasən, dünya ölkələrinin borcu illik təxminən 15-16 trilyon dollar artdığı bir məqamda dünyanın ümumi daxili məhsulunda artım cəmi 2,2 trilyon dollar olur:

 

"Başqa sözlə desək, yeni borcdakı hər dollara qarşı dünya iqtisadiyyatı yalnız 15 sent yeni ümumi daxili məhsul istehsal edir. Mövcud olan risklər zəif iqtisadi artım, cüzi korporativ gəlir, dolların kursunun və faiz dərəcələrinin artımına şərait yaradır. Hazırda dünyada olan borcun dörddə üç hissəsi dollarladır”.


Вернуться назад