Главная > Ümumi > PYD-dən etiraf: "ABŞ bizə silah verir"

PYD-dən etiraf: "ABŞ bizə silah verir"


9-01-2017, 20:43.

ABŞ Demokratik Suriya Qüvvələrinə hərbi yardım göstərir. ABŞ-la yaxşı əlaqələrimiz var.

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə PYD-nin həmsədri Saleh Müslim çıxış edib.

 

Ankaranın ABŞ-ı YPG-yə dəstək verməkdə tənqid etməsindən danışan Müslim qeyd edib ki, İŞİD-ə qarşı ən təsirli mübarizəni YPG aparır:

 

"Demokratik Suriya Qüvvələri İŞİD ilə mübarizədə koalisiya qüvvələri ilə birgə hərəkət edir. Türkiyə koalisiya qüvvələrinin YPG ilə əlaqədə olmasını istəmir. Onlara silah verməsini istəmir".


Вернуться назад