Главная > Ümumi > “ABŞ 14 müsəlman ölkəsinə hücum edib”

“ABŞ 14 müsəlman ölkəsinə hücum edib”


9-01-2017, 20:53.

ABŞ dünyada müstəqillik istəyən hər kəsi həbsdə saxlamaq istəyir.


 

Bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərinin köməkçisi general Hüseyn Salami söyləyib.

 

O, son 38 il ərzində Yaxın Şərqdə baş tutan bütün savaşların arxasında ABŞ, bəzi Avropa ölkələri və Səudiyyə Ərəbistanının dayandığını söyləyib:

 

"Onların koalisiya yaratmaq istəməklərinin əsas hədəfi islam coğrafiyasının böyüməsinin qarşısını almaqdır. Ona görə ki, bu coğrafiyanın böyüməsi onların dünya gücü xəyallarına maneə yaradacaq. Dünyanın bütün diktatorları ABŞ və müttəfiqlərinin siyasətləri nəticəsində meydana çıxıb. ABŞ və müttəfiqləri son illərdə 14 müsəlman ölkəyə hücum edib və bu ölkələrin xalqlarını evsiz-eşiksiz qoyub”.(axar.az)




Вернуться назад