Главная > Aktual > Qafqazda İŞİD əleyhinə mitinq: Bağdadinin fotoları…

Qafqazda İŞİD əleyhinə mitinq: Bağdadinin fotoları…


9-01-2017, 19:21.

Çeçenistanın paytaxtı Qroznıda İŞİD əleyhinə kütləvi mitinq keçirilib.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qroznı Şəhər Administrasiyası yayıb.

 

Məlumata görə, mitinqi İŞİD üzvü olan şəxslərin valideynləri təşkil edib. Mitinq iştirakçıları gəncləri İŞİD-in təbliğatına diqqət yetirməməyə çağırıblar. Etiraz aksiyası bir neçə saat davam edib. Mitinqin sonunda İŞİD rəmzləri və terror təşkilatının lideri Əbubəkr Bağdadinin portretləri yandırılıb.


Вернуться назад