Главная > İdman > Messi FİFA-nın mükafatlandırma mərasiminə qatılmayacaq

Messi FİFA-nın mükafatlandırma mərasiminə qatılmayacaq


9-01-2017, 19:25.

"Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək.

 

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, argentinalı oyunçu ilin ən yaxşı futbolçusu adına üç namizəddən biridir. Messi ilə yanaşı digər "Barselona”lılar – mərasimə dəvət alan Jerar Pike, Andres İnyesta və Luis Suares də tədbirə qatılmayacaq.

 

Əlavə edək ki, 2016-cı ildən başlayaraq "France football” nəşri ilin futboluçuna "Qızıl top”, FİFA isə öz mükafatını verir.

 

"France football”un sorğusunda Kriştiano Ronaldo birinci olub. FİFA-nın versiyasına görə isə qalib adına üç namizəd var: Ronaldo, Messi və Antuan Qrizmann.


Вернуться назад