Главная > Mədəniyyət > Zümrüd Yağmurun Ankarada imza günü keçirildi- FOTOLAR

Zümrüd Yağmurun Ankarada imza günü keçirildi- FOTOLAR


8-01-2017, 22:35.

Tanınmış yazar Zümrüd Yağmurun Ankara kitab sərgisində "Yağış qadın”romanının imza gününü keçirilib.


"Ankara kitab sərgisində bu gün "Yağmur kadın" romanının imza günü oldu. Türkiyədə tanınmadığıma rəğmən imza günü yaxşı keçdi.
Burda kitaba maraq məni yaxşı mənada heyrətləndirdi. Hava soyuq və qar yağırdı. Buna rəğmən ailələr, gənclərin kitab sərgisinə inanılmaz marağı vardı. Binanın girişində böyük bir növbə yaranmışdı.
Azərbaycanda bunu görmək xoş olardı, amma nə yazıq ki, hələ bu bir xəyal kimi görünür” -yazar "facebook” hesabında bildirmişdir.


”Yağış qadın” romanının imza günündə bir sıra tanınmış şəxslər iştirak etmişdir.Roman Türkiyə türkcəsinə tərcümə olunub.


 

Yazarın Ankarada imza günü keçirəcəyi haqda məlumat vermişdik:"Zümrüd Yağmur Ankara sərgisində kitabını təqdim edəcək” Tədbirlə bağlı fotoları təqdim edirik:

 



zum2


 

Uluyol.info


 


Вернуться назад