Главная > Dünya > Donbasda altı Ukrayna hərbçisi yaralanıb

Donbasda altı Ukrayna hərbçisi yaralanıb


8-01-2017, 19:05.

Ötən sutka ərzində anti-terror əməliyyatlarının aparıldığı zonada 6 Ukrayna hərbçisi yaralanıb.

 

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr

 

Motuzyanik məlumat verib.

 

"Bu, iki qaynar nöqtədə baş verib, o cümlədən üç hərbçi Luqansk istiqamətində, Troitski qəsəbəsi yaxınlığında düşmənin minaatanlardan atəş açması, daha üç hərbçi isə Krımski yaşayış məntəqəsi ərazisində qarşı tərəfin təxribatı nəticəsində yaralanıb", - deyə o bildirib.


Вернуться назад