Главная > İdman > Kolarov "Qalatasaray" forması geyinə bilər

Kolarov "Qalatasaray" forması geyinə bilər


8-01-2017, 15:33.

Transfer hərəkatına davam edən sarı-qırmızılılar, ingilis mətbuatının iddiasına görə, istiqaməti serb oyunçuya çevirib.

 

Musavat.com xəbər verir ki, "Cimbom" ara transferdə önəmli futbolçuları heyətinə qatmaq üçün təşəbbüslərini dörd qoldan davam etdirir. "Qalatasaray" rəhbərliyi mövsüm başında da gündəmə gələn "Mançhester Siti"nin ulduz müdafiəçi Aleksandr Kolarovun ardınca düşüb.

 

İngilis mətbuatının iddiasına görə, sarı-qırmızılar yenidən serb futbolçu ilə müqavilə yolu axtarmağa başlayıb. 31 yaşlı Kolarovun 3 illik müqavilə sonrası karyerasına son verməyi planlaşdırdığı məlumdur. Əgər alınarsa, Kolarovun son komandası "Qalatasaray" ola bilər.

 

"Qalatasaray" rəhbərliyi də Kolarovu uzunmüddətli və bol mükafatlı bir müqavilə ilə inandırmağa çalışacaq. "Cimbom"un serbiyalı futbolçunu transfer etmək üçün 3 milyon avroluq ödənişə razı olduğu deyilir.

 


Вернуться назад