Главная > Aktual > Üç minə yaxın tunisli İŞİD sıralarına qoşuldu

Üç minə yaxın tunisli İŞİD sıralarına qoşuldu


7-01-2017, 14:39.

İndiyədək üç minə yaxın tunisli İŞİD terror qruplaşmasının sıralarına qoşulub.

 

APA-nın xəbərinə görə, bu barədə "Der Spiegel” jurnalına müsahibəsində Tunisin baş naziri Yusif Şahid bildirib.

"Apardığımız hesablamalara əsasən, bu günədək 2929 Tunis vətəndaşı İŞİD sıralarına qoşulub. Onların əksəriyyəti döyüşlərdə həlak olub. Lakin təbii ki, qlobal problemə çevrilən terrorizmin milləti, mənsubiyyəti yoxdur. Ümid edirəm ki, Anis Amrinin Berlində törətdiyi terror aktı Tunislə Almaniya arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq”, deyə Y.Şahid qeyd edib.

Xatırladaq ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri üç gün sonra İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.


Вернуться назад