Главная > Müsahibə > “Bizim market”də siqaretlər köhnə qaydada, yəni baha satılır — FOTOLAR

“Bizim market”də siqaretlər köhnə qaydada, yəni baha satılır — FOTOLAR


7-01-2017, 22:46.

Bakıda bəzi supermarketlər satdıqları məhsulların qiymətini süni şəkildə qaldırırlar.

 

Ölkə.Az xəbər verir ki, əhalinin ən çox təlabatı olan məhsulların qiyməti bəzən süni şəkildə şişirdilir. Belə məhsullardan biri də siqaretdir. Siqaretin qiyməti aşağı salındığı halda bəzi mağazalar bu qaydalara əməl etmirlər.

 

Siqaretlərin qiymətini aşağı salmayan supermarketlərdən biri də "Bizim Market"dir. Bu barədə tanınmış jurnalist Mahir Məmmədli "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, "Bizim market”də köhnə qaydada, yəni baha satılır:

 

"Ölkənin ən ucqar yerində də siqaret ucuzlaşıb. Amma "Bizim Market" köhnə qiymətləri qüvvədə saxlayıb. Hər yerdə "Sobranie" 2 manat 80 qəpikdir. Təkcə "Bizim Market"də 3 manat 30 qəpiyə satılır. Bu siqareti də çek götürmək üçün aldım", - deyə Mahir Məmmədli yazıb.

 

Ziya Səccad

 


ULUYOL.INFO


Вернуться назад