Главная > Mövqe > Almaniyada türklərə qadağa

Almaniyada türklərə qadağa


7-01-2017, 19:08.

Almaniyanın Fyurt şəhərində ənənəvi olaraq təşkil edilən Hasat bayramı ilə bağlı qərar verilib.

 

Axar.az xəbər verir ki, şəhər bələdiyyəsi bayram zamanı Berlin Mehtər qrupunun gəzdirdiyi üç ayparalı Osmanlı bayrağını qadağan edib.

 

Bələdiyyə sözügedən bayrağın döyüş bayrağı olmasına görə qadağan edildiyini açıqlayıb.

 

Qadağanın qüvvəyə minməsində "Qərbin islamlaşmasına qarşı çıxan vətənpərvər avropalılar”ın təmsil olunduğu "Peqida" təşkilatının rol oynadığı deyilir. Təşkilat məhz bu qadağaya görə imza kampaniyası başladıb və sözügedən kampaniya tez bir zamanda vətəndaşlar tərəfindən dəstəklənib.


Вернуться назад