Главная > Dünya > Polşada 10 nəfər donvurmadan ölüb

Polşada 10 nəfər donvurmadan ölüb


7-01-2017, 18:16.

Polşada 10 nəfər son iki sutkadakı şaxtanın qurbanı olub.

 

"Report” "France Press”ə istinadən xəbər verir ki, Polşa Dövlət Təhlükəsizlik Mərkəzi 7 nəfərin bu gün donvurmadan öldüyünü açıqlayıb. Daha 3 şəxs isə ötən gün şaxtanın qurbanı olub.

 

Sinoptiklər yanvarın 8-də ölkənin bir sıra bölgələrində temperaturun -14 dərəcəyə enəcəyini bildiriblər.

 

Hakimiyyət donvurma qurbanlarının sayının artacağından ehtiyatlanır.


Вернуться назад