Главная > GÜNDƏM > Osmanlı sülaləsinin rəhbəri 93 yaşında vəfat etdi

Osmanlı sülaləsinin rəhbəri 93 yaşında vəfat etdi


7-01-2017, 16:57.

Osmanlı sülaləsinin rəhbəri Osman Bəyazid Osmanoğlu 93 yaşında vəfat edib.

 

Axar.az xəbər verir ki, Osmanoğlu yanvarın 9-u Nyu Yorkda dəfn ediləcək.

 

Qeyd edək ki, Osman Bəyazid Osmanoğlu indiyə qədər bu sülalənin ən yaşlı nümayəndəsi sayılırdı. Sülalənin 44-cü rəisi olan Osmanoğlu həm də Osmanlı sülaləsinin Türkiyədən sürgün edildikdən sonra xaricdə doğulan ilk nümayəndəsi idi. O, 1924-cü ildə Fransada dünyaya gəlmişdi. Osmanlı imperatoru Sultan Əbdülməcidin nəvəsinin oğlu olan Osmanoğlu atası şahzadə İbrahim Tevfik Əfəndinin ölümündən sonra anası Xədicə Sadiyə ilə birlikdə ABŞ-a köçüb. ABŞ ordusunda xidmət etdikdən sonra 45 il Nyu Yorkdakı kitabxanalardan birində fəaliyyət göstərib. 15 dildən tərcümə etmək qabiliyyətinə sahib olub.

 

Osmanoğlu 2009-cu ildə Ərtoğrul Osman Əfəndinin ölümündən sonra Osmanlı sülaləsinə rəhbərlik edib. O, həyatı boyu ailə qurmayıb. Osmanoğludan sonra sülaləyə Dündar Osmanoğlu rəhbərlik edəcək. 2013-cü ilə qədər onun Suriyada yaşadığı bilinirdi.


Вернуться назад