Главная > Ümumi > Dövlət itthamçısı daha bir NİDA-çı gəncə 6 il həbs istəyib
Dövlət itthamçısı daha bir NİDA-çı gəncə 6 il həbs istəyib5-01-2017, 19:52. |
Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı məhkəmədən gənc fəalın 6 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə yanvarın 11-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək. Elgiz Qəhrəmanlı avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar. O özü isə siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Вернуться назад |