Главная > Problem > Aysel Əlizadənin seçicilərlə görüşlərinə maneçilik törədilir

Aysel Əlizadənin seçicilərlə görüşlərinə maneçilik törədilir


20-10-2015, 14:13.
Aysel Əlizadənin seçicilərlə görüşlərinə maneçilik törədilirDeputatlığı 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürülmüş Aysel Əlizadənin seçicilərlə görüşünə maneçilik törədilir. Bu haqda namizədin seçki qərargahından musavat.com-a bildirilib. 

Məlumatda deyilir:  

"Əlizadə Aysel Alim qızının Azadliq pr 188, ev 28 saylı binanın qarşısında yerləşən mərasim evində seşicilərlə görüşü ləgv olunub. Görüş əvvəlcədən Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Bu, Əlizadə Aysel Alim qızının qarşılaşdığı birinci əngəl deyil. Bundan öncə də "Agora” şadlıq sarayında danışılan tədbiri qeyri-müəyyən səbəblərdən sonradan ləğv olunub. Aldığımız məlumata görə, müəyyən dairələr tərəfindən həmin obyektlərə təyziqlər olunur. Bu barədə daha ətraflı məlumat veriləcək". 

  MUSAVAT.COM
Вернуться назад