Главная > Maraqlı > “Facebook”da rekord qıran UYDURMA XƏBƏRLƏR

“Facebook”da rekord qıran UYDURMA XƏBƏRLƏR


4-01-2017, 16:22.

Ötən il "Facebook” uydurma siyasət xəbərləri ilə rekord qırıb.

 

"BuzzFeed” internet saytı bu barədə araşdırma aparıb.

 

Araşdırmaya görə, ötən il "facebook”da ən çox görülən və paylaşılan uydurma xəbərlər sırasında ilk yerlərdə ABŞ prezidenti Barak Obamanın məktəb andını qadağan etməsi və Hillari Klintonun e-mail ünvanını incələyən Federal Təhqiqatlar Bürosu (FBİ) əməkdaşının ölməsi olub.

 

Saytın apardığı araşdırmaya görə, 2016-cı ildə "Facebook”da ingilis dilində yayılan uydurma xəbərlər 21,5 milyon paylaşım və rəy alıb və bəyənilib. Paylaşımların 10,6 milyonunun gündəlik siyasət xəbərləri olub.

Ötən il ABŞ-da seçki ili olduğunu nəzərə alsaq, bu ölkə ilə bağlı yer alan 50 uydurma xəbərdən 23 məhz ABŞ siyasəti ilə əlaqədar olub.

" Obama ölkədəki bütün məktəblərdə məktəb andının qadağan edilməsi ilə bağlı qərarı imzaladı” başlıqlı yalan xəbəri 2 milyon 176 min 777 nəfərlik aktivliyi ilə "uydurmalar" siyahısında ilk yerdədir.

Aparılan analizlər bu cür xəbərlərin yayılmasında sosial şəbəkənin rolunu bir daha sübut etmiş oldu.

ABŞ-da prezident seçkiləri ərəfəsində "Hillari Klintonun e-mail ünvanını incələyən federal təhqiqatlar bürosu əməkdaşı ölü tapıldı” başlıqlı yalan xəbərdə qısa zamanda 567 min aktivlik toplamaqla siyahıda 8-ci yeri tutdu.

Əlbəttə, bu xəbərləri görən və bəyənənlərin neçəsinin ona inandığını dəqiq demək çətindir. Keçirilən sorğular Amerika seçicilərinin 75 faizinin bu xəbərlərə inandığını ortaya qoyub.

 

Uluyol.info


Вернуться назад